NİİMdən sürücülərə XƏBƏRDARLIQ - Qəza zamanı belə etməyin

Öyrənək 16 İyul 2024 11:24 Oxunub 160
NİİMdən sürücülərə XƏBƏRDARLIQ  - Qəza zamanı belə etməyin
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bu barədə Avtosfer.az-a NİİM-dən məlumat verilib

Müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.

"Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır", - deyə müraciətdə deyilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh