Banner

“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT

Öyrənək 22 Yanvar 2026 16:11
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol qəzaları ölkəmizdə hər il insan həyatına ciddi təsir edir və itkilərə səbəb olur. Statistikalar göstərir ki, bu qəzaların böyük hissəsi sürücülərin məsuliyyətsizliyi və yol hərəkəti qaydalarına əməl etməməsi, yəni insan faktoru ilə bağlıdır.

Yol qəzalarının böyük əksəriyyətinin insan faktoru ilə izah edilməsi, problemin yalnız fərdi məsuliyyətsizlikdən deyil, daha dərin sistem çatışmazlıqlarından qaynaqlandığını göstərir. 

Bu kontekstdə daha bir sual ortaya çıxır: Hər kəs peşəkar sürücü sayıla bilərmi?

Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Avtosfer.az-a bildirib ki, yol qəzalarının 90%-ə yaxınının insan faktorundan baş verməsi əslində bir neçə nüansı deyir: "Problem avtomobildə, yolda və ya hava şəraitində yox, insanın hazırlanmasındadır. Sürücülük təlimi prosesi formal xarakter daşıyır. Bir çox kurslarda real vəziyyətlər öyrədilmir, fövqəladə əyləc, sürüşmə, aqressiv sürücülərdən yayınma, gecə və yağışlı hava sürüşü, şəhər mərkəzində stresli idarəetmə və s.

Riskli yol situasiyaları yoxdur, psixoloji təzyiq yoxlanılmır, qəza riski olan davranışlar test edilmir.  Sürücülük mədəniyyəti yox, yalnız mexaniki bacarıq ölçülür. Amma bunlar təhlükəsiz sürücülük demək deyil. Təhlükəsiz sürücülük üçün risk analizini bacarmaq, qabaqlayıcı düşünmək, emosiyanı idarə etmək, tələsməmək, məsuliyyət hissi lazımdır."

 

Nurcan Babək

Oxunub 552
ŞƏRH YAZ
Ad

E-mail

Şərh