Sürücülük vəsiqəsi və texniki pasport onlayn veriləcək? – AÇIQLAMA - VİDEO

Ölkəmizdə son 6 ildə bir sıra xidmətlərin elektron qadyada təşkili həm vətəndaşların vaxtına qənaət, həm də onların işlərini asanlaşdırmaq məqsədi altında sürətləndirilib. Bu baxımdan, artıq bir neçə yeni xidmətin göstərilməsi də elektronlaşdırıla bilər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Belə ki, nazirlik tərəfindən bir sıra xidmətlərin (sənədlərin) təkmilləşdirilməsi üzrə layihə hazırlanıb. DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.
Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, ilkin müraciət zamanı indiyə qədər vətəndaşlar dövlət qurumlarının öz ofisinə getməyə məcbur idilər:
.jpg)
“Tutaq ki, siz sürücülük vəsiqəsi əldə etmək istəyirsiz. Bunun üçün yol polisi idarələrindən birinə getməli idiz, yaxud da zəng edib soruşmalısız ki, mən vəsiqə almaq üçün nə etməliyəm. Daxili İşlər Nazirliyinin “e-xidmet.mia.az” saytına daxil olursuz. Yəqin ki, bu “E-Polis” tətbiqinə də transformasiya olunacaq. Burada artıq ilkin müraciət göndərirsiz ki, özünüzü təqdim edirsiz, şəxsiyyət vəsiqəsi və sağlamlıq haqqında arayışı göndərirsiz və bildirirsiz ki, sürücülük vəsiqəsi əldə etmək üçün imtahan vermək istəyirsiz. Orada sizə imtahanın günü, saatı və hansı sənədləri özünüzlə gətirməyinizlə bağlı məlumat göndəriləcək. Yaxud da qeydiyyat şəhadətnaməsinin əldə edilməsi ilə bağlı müraciət etmək istəyirsiz. Yenə eyni prosedur qaydalarına əməl etməklə daha asan formada məlumat ala bilərsiz”.
Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:
Səfər
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO











