Sürücülük vəsiqəsini üzərində gəzdirmək vacibdirmi? – DYP-dən RƏSMİ AÇIQLAMA - VİDEO

Öyrənək 17 May 2024 14:27 Oxunub 5604
Sürücülük vəsiqəsini üzərində gəzdirmək vacibdirmi? – DYP-dən RƏSMİ AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. DYP əməkdaşları yoxlamalar zamanı ilk bunu tələb edirlər.

Bəs sürücünün sürücülük vəsiqəsini üzərində gəzdirməsi vacibdirmi?

Avtosfer.az xəbər verir ki, bu sualı Avto FM radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.

O, bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə qeyd olunub ki, sürücü sürücülük vəsiqəsini, avtomobili etibarnamə ilə idarə edirsə, etibarnaməsini, texniki şəhadətnaməsini, yol vərəqəsini və s. sənədləri üzərində gəzdirmək onun vəzifəsidir: “Lakin müasir informasiya texnologiyaları vasitəsilə artıq yol vərəqələri istisna olmaqla bu cür sənədlərin hər biri mövcud sistemdə öz əksini tapıb. Buna görə də sürücülük hüququnun olub-olmamasını müəyyənləşdirmək onun üzərindəki vəsiqə ilə yox, elə mövcud sistemə daxil olmaqla müəyyən edilir. Amma hər bir halda sürücülərdən sürücülük vəsiqələrini avtomobillərində saxlaması məqsədəuyğun hesab olunur. Burada məsələ qanun pozuntusu kimi inzibati protokolun tərtib olunması deyil. Sürücülər hər hansısa bir yol-nəqliyyat hadisələrində, eyni zamanda ağıla gələn və ya gəlməyən situasiyalarda mövcud sənədlərin şəxsin öz üzərində olmasının üstünlüyünü unutmamasıdır”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh