Şüşələri tünd olan avtomobilləri ada keçirərkən problem yarana bilərmi? - VİDEO

Öyrənək 11 Mart 2024 11:00 Oxunub 6642
Şüşələri tünd olan avtomobilləri ada keçirərkən problem yarana bilərmi?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaricdən avtomobil gətirən şəxslər qeydiyyat zamanı problemlə üzləşirlər. Bir neçə sürücü Avtosfer.az-a müraciət edərək bildirib ki, avtomobilin arxa yan şüşələri tünd olduğu halda qeydiyyatdan imtina edilir. Sürücülərin sözlərinə görə, qeydiyyat-imtahan məntəqələrində tünd şüşələrin şəffaf ilə əvəz edilməsi tələb olunur. Əks halda qeydiyyat əməliyyatından imtina edilir.

Bəs bununla bağlı qanun nə deyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı qaydalar müəyyən edilib. Həmin qaydalara əsasən sürücüdən arxada qalan şüşələrə plyonka, jalüz çəkilməsinə və yüz faiz tündləşdirilməsinə icazə verilib.

Qeyd edək ki, AZS 122-2004 saylı standarta əsasən arxa yan şüşələrin 30 faiz tündləşdirilməsinə icazə verilirdi. DYP qeydiyyat zamanı AZS standartını üstün götürərək qeydiyyatdan imtina edir. Lakin Nazirlər Kabinetinin qərarı əvvəlki qaydanı üstələyir. Odur ki, hazırda zavod istehsallı tünd şüşələrlə gələn avtomobillərin qeydiyyatından imtina edilməsi məntiqsiz görünür. Çünki nda arxa yan şüşələrin 100 faiz tündləşdirilməsinə icazə var. Bu məntiqdən çıxış edərək şüşənin plyonka və yaxud zavod tərəfindən tündləşdirilmiş olması heç bir əhəmiyyət kəsb etmir.

Belə məqamda sürücü problemlə üzləşməməsi üçün həmin şüşələrə plyonka vuraraq qeydiyyat əməliyyatını aparması tövsiyə olunur.

 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh