Şüşəsiləni nasaz olan avtomobilin sürücüsünü hansı cəza gözləyir? - VİDEO

Öyrənək 4 Fevral 2024 19:56 Oxunub 7692
Şüşəsiləni nasaz olan avtomobilin sürücüsünü hansı cəza gözləyir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobilin konstruksiyasının vacib elementlərindən biri də şüşə silgəcləridir. Təssüflə qeyd etmək lazımdır ki, bəzən sürücülər bunun vacibliyinin fərqinə varmırlar. Adətən “VAZ” markalı avtomobillərin sürücüləri şüşə silgəclərinin birini, yaxud hər ikisini çıxarırlar. Bəzən isə sürücülər şüşə silgəcləri nasaz vəziyyətdə olan avtomobillə yola çıxırlar.
Bəs bu cür avtomobil idarə edənləri qanunla hansı məsuliyyət gözləyir?
Avtosfer.az xəbər verir ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin IV hissəsinə əsasən, avtomobildə qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlarının olması məcburi hesab edilir. Onları çıxarmaq və ya nasaz vəziyyətdə saxlamaq yağışlı havada sürücünün yolu görməsini məhdudlaşdırır. Bəzən sürücülər sağ tərəfdəki şüşə silgəcini çıxardıqları üçün yağışlı havada alın şüşəsinin həmin hissəsi çirkli olur. Bu halda sürücü avtomobilin sağ tərəfindəki maneələri görmədiyi üçün qəza qaçılmaz ola bilər.
İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən şüşə silgəcləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh