Reklam

Svetoforun sarı işığında hərəkət etməyin cəriməsi var? - QANUN BELƏ DEYİR - VİDEO

Öyrənək 31 Dekabr 2023 22:37 Oxunub 11346
Svetoforun sarı işığında hərəkət etməyin cəriməsi var? - QANUN BELƏ DEYİR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda svetoforun siqnalına əhəmiyyət verməyən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 26-da, paytaxtın Səməd Vurğun küçəsində baş verib. Belə ki, 77-MF-405 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü svetoforun sarı işığında dayanmadan hərəkət edib.

 

Svetoforun sarı işığında hərəkət etmək qayda pozuntusu hesab olunur, yoxsa yox?

"Yol hərəkəti haqqında" qanunun 59-cu maddəsində qeyd olunub ki, sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.

Qanunvericiliyə görə sarı işıqda hərəkətə bir halda icazə verilir: Svetoforun sarı işığı yanan zaman nəqliyyat vasitəsini kəskin tormozlamadan stop xəttinin, bu olmadıqda isə svetoforun qarşısında saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.

Təqdim etdiyimiz videodakı sürücü sarı işıqda dayana biləcəyi halda hərəkət etdiyi üçün qaydaları pozmuş hesab olunur.

Bu əməli törədən sürücülərə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh