Banner

Təcili tibbi yardım avtomobilinin irəliləməsi üçün sürücülər necə şərait yaratmalıdır? – REAL VİDEO

Öyrənək 19 İyun 2025 15:00 Oxunub 1382
Təcili tibbi yardım avtomobilinin irəliləməsi üçün sürücülər necə şərait yaratmalıdır? – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt yollarında təcili tibbi yardım avtomobillərinə yol verilməməsi halları hələ də müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, bəzi sürücülər bu gün də “necə yol vermək lazımdır?” sualına cavab tapa bilmirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq şəkildə görünür ki, səs və işıq siqnalları ilə hərəkət edən təcili tibbi yardım maşınına sürücülər ya vaxtında yol vermir, ya da ümumiyyətlə hərəkəti məhdudlaşdırırlar. Belə olan halda, operativ nəqliyyat vasitəsinin sürücüsü məcbur qalıb səsgücləndirici vasitəsilə sürücülərə çağırışlar etməli olur.

Sürücülərin belə davranışları isə yalnız yol hərəkəti qaydalarının pozulması deyil, həm də insan həyatına real təhlükədir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, xüsusi siqnal verən təcili yardım, yanğınsöndürən və polis avtomobillərinə sürücülər mütləq şəkildə yol verməlidirlər. Əks halda, bu, inzibati məsuliyyət və cərimə ilə nəticələnə bilər.

Eltac Zülfüqaroğlu

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh