Təhlükəsizlik kəməri taxmayan sərnişinə görə sürücü məsuliyyət daşıyırmı? – DYP-dən AÇIQLAMA - VİDEO
Öyrənək
17 Noyabr 2025 12:30
Oxunub 1082

Avtomobildə təhlükəsizliyin əsas şərtlərindən biri kəmərdən istifadədir. Lakin bir çox hallarda sərnişin kəmər taxmadıqda sürücünün məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı suallar yaranır. Bu mövzu ictimaiyyətdə tez-tez müzakirə olunduğu üçün məsələ ilə bağlı rəsmi izaha ehtiyac var.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Avto FM” radiosuna müsahibəsində bildirib ki,
“Sürücü buna görə məsuliyyət daşımır.
Əgər sərnişin təhlükəsizlik kəmərindən istifadə etmirsə, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin tələbinə əsasən 30 manat məbləğində cərimə olunur və bu, Dövlət Yol Polisi əməkdaşı tərəfindən aşkar etmə ilə təsbit olunur”.
Eltac Zülfüqaroğlu
ŞƏRH YAZ













