Təkərləri azot, yoxsa hava ilə şişirtmək lazımdır? - SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

Sürücülər təkərdoldurma məntəqəsinə getdikləri zaman ara-sıra onlara şinlərin azotla şişirdilməsi təklif edilir.
Təkərləri azotla şişirtmək fikri Formula-1 yarışlarından sonra dəbə düşüb.
Avtosfer.az qeyd edir ki, bildiyiniz kimi havanın təxminən 78% -i azotdan, 21% -i oksigendən, qalan hissəsi isə su buxarı, helium, argon, karbon dioksid və hidrogendən ibarətdir.
Əvvəla azot havadan daha stabildir və bu zaman təzyiq dəyişməz olaraq qalır. Eyni zamanda azot atmosferdəki istilik dəyişikliklərinə qarşı daha az həssasdır. Digər tərəfdən isə bütün təkərlər rezindən nüfuz edən qazlar səbəbindən tədricən təzyiqini itirir. Azotla şişirilən təkərlər də isə bu proses daha yavaş baş verir və təkərlər uzun müddət təzyiqli qalır.
Həmçinin normal havadakı oksigen rezinlə reaksiyaya girir və nəticədə oksidləşdirici bir proses meydana gəlir ki, bu da zaman keçdikcə təkərləri sıradan çıxarır və disklər korroziyaya uğrayır.
Ümumiyyətlə hava ilə şişirdilən təkərdə buxar və ya maye halında olan su temperatur dəyişdikcə böyük təzyiq dəyişikliyinə səbəb olur. Azotla şişirdildikdə isə şinlər hərtərəfli təmizlənir və ondan oksigen, su və digər qazlar xaric olunur.
Hətta azotla şişirdilən təkərin partlama ehtimalının daha az olduğu da iddia edilir.
İddiaya görə bunun səbəbi azotun təsirsiz bir qaz olması və yanmağa meyilli olmamasıdır. Formula-1 yarışlarında elə məhz buna görə avtomobillərin təkərləri azotla doldurulur ki, qəza zamanı partlayış baş verərsə təkərlər alışıb yanmasın.
Amma avtomobil təkərlərinin istehsalçıları qeyd edir ki, sürücülər şinləri həm hava, həm də azotla şişirdə bilər.
Aysel
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












