“TIR avtomobili” hansı dildədir: Azərbaycan, türk, yoxsa? - FOTO

Azərbaycanın xəbər saytlarında demək olar hər gün “TIR maşını qəza törətdi”, “TIR aşdı”, “TIR Kamazla toqquşdu” tipli cümlələri rast gəlinir. Bə bu TIR nə deməkdir? Ümumiyyətlə bu ifadə doğrudurmu?
Avtosfer.az-ın xəbərinə görə, 1975-ci ildə veynəlxalq yükdaşımaları asanlaşdırmaq üçün BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları barədə gömrük Konvensiyası qəəbul edilir. Azərbaycan o dövrdə SSRİ-nin subyekti kimi, daha sonra isə müstəqil dövlət kimi konvensiyaya qoşulub.
Konvensiyanın Azərbaycanda tətbiqinə dair 30 may 1998-ci ildə Ədliyyə Nazirliyinin təsdiq etdiyi Əsasnamənin 2-ci maddəsində deyilir:
2.2. Nəqliyyat vasitələrinə “TIR” yazısı olan düzbucaqlı lövhəcik qabaqda yerləşdirilir, digər bu cür lövhəcik isə yol nəqliyyat vasitələrinin qatarının arxasına elə bərkidilir ki, onlar aydın görünsünlər. Bu lövhəciklər çıxarıla bilən olmalıdırlar.
Beynəlxalq sənəddəki “TIR carnet” termini doğru olaraq BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası şəklində tərcümə edilib.
Gələk TIR abreviaturasına. Fransız dilində olan bu termindən (Transit International Routier) beynəlxalq tranzitdə istifadə edilən yük avtomobillərini işarələmək üçün istifadə edilir. Bizim əsasnamədə də bu, aydın göstərilib.
Göründüyü kimi, TIR qısaltması fransız dilində heç bir halda hansısa markanı bildirmir. Bəs TIR mətbuatımıza necə ayaq açıb?
Bu ifadə dilimizə türkcədən gəmiş onlarla parazit sözdən biridir. Elə etimoloji baxımdam türk dilində də “TIR şöförü”, “TIR arabası” sözləri yanlışdır. Buna görə də, Azərbaycan dilində yerindən asılı olaraq yük avtomobili, ağırtonajlı avtomobil və ya yedəkçi avtomobil terminləri işlədilməlidir.
O ki qaldı fransızlara, onlar bizim TIR dediyimiz yedəkçi avtomobillərə “tracteur” və ya “remorqueur” deyirlər.
Bir sözlə, TIR ifadəsindən imtina etməklə dilimizin təmizliyini qorumağa töhfə verə bilərik.
Vüqar Yaşaroğlu
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO















