Banner

Vəsiqəni eynəklə alan sürücü maşını eynəksiz sürərsə cərimə oluna bilər? - VİDEO

Öyrənək 15 Sentyabr 2025 10:00 Oxunub 952
Vəsiqəni eynəklə alan sürücü maşını eynəksiz sürərsə cərimə oluna bilər?   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Eynəkdən istifadə edən şəxslər sürücülük hüququ əldə edərkən onların vəsiqəsinə xüsusi qeyd əlavə olunur. Həmin qeyddə "eynəklə idarə edilməsinə icazə verilir" sözləri yazılır. Avtosfer.az xəbər verir ki, bu praktika 2018-ci ilin mayında “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikdən sonra tətbiq olunmağa başlanıb və qeyd həkimin tibbi rəyi əsasında yazılır.

Bəs vəsiqəsində belə qeyd yazılan sürücü avtomobili eynəksiz idarə etdikdə hansı məsuliyyət daşıyır?

Mövcud qanunvericilikdə bununla bağlı hər hansı inzibati tədbir və ya cərimə sanksiyası nəzərdə tutulmayıb. Yəni, hazırda vəsiqəsində “eynəklə idarə etməsinə icazə verilir” yazısı olan sürücü eynəksiz sükan arxasına keçərsə, o, heç bir məsuliyyətə cəlb oluna bilməz.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh