Yol polisi bufersiz maşını duracağa apara bilər? - VİDEO

Öyrənək 21 May 2023 22:00 Oxunub 6226
Yol polisi bufersiz maşını duracağa apara bilər?    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzən baş verən yüngül yol qəzalarından sonra sürücülər avtomobilin buferini çıxararaq təmirə verirlər. Təmir bir neçə gün çəkdiyi üçün, maşınsız qala bilməyən sürücülər məcburi şəkildə bufersiz yola çıxmalı olurlar. Belə vəziyyətdə avtomobili idarə edən bir çox sürücü yol polisi tərəfindən saxlanıldıqlarını  və avtomobilin mühafizə olunan duracağa aparıldığını bildirib. Həmin sürücülər Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək bufersiz avtomobilin duracağa aparılmasının nə qədər doğru olub-olmadığını soruşurlar.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində qeyd olunan nasazlıqlar siyahısında konstruksiyanın digər ünsürlərin nasazlıqları da yer alır. Həmin müddəada qeyd olunub ki, nəqliyyat vasitəsinin digər ünsürləri nasaz olduqda həmin nasazlıqlar aradan qaldırılmalıdır. Avtomobilin buferləri də konstruksiyanın digər ünsürlərinə aid olunur. Yollarda hərəkət edən hər bir avtomobil saz və konstruktiv bütöv vəziyyətdə olmalıdır. Bəs konstruktiv bütöv vəziyyətdə olmadığı halda, məsələn avtomobilin buferləri çıxarılmış vəziyyətdə olanda sürücünü hansı məsuliyyət gözləyir?

Avtosfer.az xəbər verir ki, nasazlığa görə məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində yer alır. Həmin məcəllənin 342.5-ci maddəsində qeyd olunub ki, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə nəzərdə tutulub. Qanunun bu cümləsində konkret olaraq qeyd olunub ki, “nasazlığı aradan qaldırmaq mümkün olmadıqda” sürücü məsuliyyətə cəlb edilir. Bu o deməkdir ki, sürücü nasazlığı aradan qaldıra bilmirsə, o zaman cərimə oluna bilər. Hətta qanunda nasazlığı “yerində” aradan qaldırmaq məsələsi olmadığı üçün, polis əməkdaşı sürücüyə xəbərdarlıq edərək buraxmalıdır.

Onu da qeyd edək ki, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə nəqliyyat vasitəsinin nasazlıq səbəbindən duracağa yerləşdirilməsi nəzərdə tutulmayıb.

Nurlan Sakitoğlu
Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh