Yol polisi tüstü buraxan maşını duracağa apara bilər? - QANUN BELƏ DEYİR - VİDEO
Öyrənək
12 Oktyabr 2023 14:00
Oxunub 4936
Avtomobildən ixrac olunan zəhərli qazların normadan artıq olması atmosferə zərər vurur. Bu cür avtomobillərə qarşı yol polisi mütəmadi reydlər keçirir və sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilir.
Cərimə ilə yanaşı avtomobil duracağa yerləşdirilə bilər, yoxsa yox? Sürücülərin bu sualına Avtosfer.az aydınlıq gətirəcək.
Zərərli qazı çox olan və ətrafa tüstü verən avtomobil nasaz hesab edilir. Bu nasazlıq mühərrik və katalizatorun işində yaranan problemlə bağlı olur. Nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi ilə bağlı olan hallar İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə nasazlığa görə avtomobilin duracağa yerləşdirilməsi nəzərdə tutulmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR