Yolayrıcında ani tələsmə, ölüm və peşmanlıq... - Bakıda qəzalardan REAL VİDEO

Öyrənək 25 Avqust 2021 23:40 Oxunub 22718
Yolayrıcında  ani tələsmə, ölüm və peşmanlıq...  - Bakıda qəzalardan REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Demək olar ki, hər gün yolayrıcında baş verən qəzalarla üzləşirik. Ölüm, xəsarət, maddi ziyan, tıxac, vaxt itkisi... Səbəb isə bəllidir. Diqqətsizlik və tələsmək. Axı hara tələsirik? Niyə işıqforun son saniyəsində yolu keçməyə cəhd edirik, yaxud yaşıl yanan kimi arxadan verilən yüksəsk səsli siqnalın təsirindən qaza basırıq. Yəni, maksimum 1 dəqiqə gecikmək bu qədərmi önəmlidir? Yəni, 1 dəqiqəlik tələsməklə bir ömür şikəst qalmaq, peşmançılıq, ölüm ya elə ən yüngülü aylarla təmirçilərdə qalmaq və slğortadan pul gözləməyi gözə alırıq?

Bəklə babalarımız demiş “papağımızı qarşımıza qoyub bir az fikirləşək.” Səbr Allahın bizə verdiyi böyük nemətdir ki, ondan istifadə qaydasını və yerini təəssüf ki bilmirik. Hər gün azı 60 km yol qət edirəm. Bu müddət ərzində onlarla belə hadisə ilə qarşılaşıram. Sonuncu dəfə yaşıl işıq yanandan 3 saniyə sonra yolayrıcına daxil oldum. Elə bu an solda qırımızı işıqda gözləyən taksi sürücüsü mənim bu ləng hərəkətimi fürsət kimi dəyərləndirdi və yolu keçməyə cəhd etdi. Yaxşı ki, sürət həddim çox aşağı idi və avtomobili saxlaya bildim. Cəmi 15 sm məsafəmiz qaldı. Üzrxahlıq edib getdi. Yəqin başa düşdü deyə fikirləşdim. Amma axşam xəbərlərə baxanda elə həmin avtomobilin cəmi bir küçə sonra, yolayrıcında qəza törətdiyini gördüm. Budur nəticəsi. Bir dəfə qəzadan xilas olmaq olar amma növbəti dəfə...

Əziz sürücülər! Yazıya əlavə olaraq bir neçə video təqdim edəcəyəm. Baxın və düşünün. Dəyərmi?

 

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh