Yolun kənarı ilə piyada hərəkət edirsə, bu cür sürməyin – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ – VİDEO

İnsanla maşın arasında qalmaq çox təhlükəli situasiyalardandır. Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu cür hallarda hər zaman dayanmağı və avtomobil tam keçdikdən sonra hərəkəti davam etdirməyi məsləhət görür.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov müşahidə etdiyi real vəziyyətdən misal gətirərək bildirib ki, belə anlarda sürücünün və piyadanın reaksiyasını proqnozlaşdırmaq çətindir və kiçik bir hərəkət qurbanın həyatına son verə bilər.
“Mən dayandım, getmədim. Yalnız maşın tam keçdikdən sonra yoluma davam etdim. Əgər mən maşınla qadın arasına girsəydimsə, qadın sol tərəfə meyil etsəydi və ya yolun üzərində qəfil hansısa lyuk çıxsa, sürücü avtomobili mənim üstünə sürə bilərdi və qaçmağa heç yer qalmayacaqdı. O anda təhlükəsizlik pəncərəsi olmayacaq; qadına vurmaqla qəzadan qaçmaq mümkün olmur,” deyə Aqil Rəhimov vurğulayıb.
Məşqçi əlavə edib ki, bu tip situasiyalarda piyadaların və sürücülərin təmkinli davranması həyati əhəmiyyət daşıyır:
“Qəfil və məsuliyyətsiz manevrlər həm piyadanın, həm də avtomobilin zərərinə gətirib çıxara bilər. Aqil Rəhimov qeyd edib ki, yol təhlükəsizliyinin təmin olunmasında əsas amillərdən biri, situasiyanı düzgün qiymətləndirmədir:
Əks tərəfin hərəkət trayektoriyasını, yol vəziyyətini və aradakı məhdud hərəkət sahəsini nəzərə almaq lazımdır. Belə vəziyyətlə qarşılaşdıqda əvvəlcə dayanmaq, heç bir tələsik manevr etməmək, avtomobillərin tam keçməsini gözləmək və yalnız yol təhlükəsiz olduqda hərəkətə davam etmək, ən doğru davranışdır”.
Məşqçi əlavə edib ki, sürücülər də piyadalara daha ehtiyatlı yanaşmalı, sürəti uyğun səviyyədə saxlamalı və gözlənilməz manevrlərə hazır olmalıdırlar.
Eltac Zülfüqaroğlu
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ











