Yolun ortasında qoşa xəttin üstündə dayanan piyadadan ehtiyatlı olun – Sürücülərə TÖVSİYƏ - VİDEO

Paytaxt yollarında piyadaların qaydalara əməl etməməsi sürücülər üçün ciddi təhlükə yaratmaqda davam edir. Sosial şəbəkələrdə yayılan son görüntülərdə bir gəncin yolun ortasında, qoşa xəttin üstündə dayandığı, keçidi istifadə etmədən hərəkət etdiyi əks olunub.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a bildirir ki, bu kimi hallar xüsusilə yeni sürücülər üçün risk yaradır. Onun sözlərinə görə, bəzi sürücülər vəziyyətin təhlükəli olmadığını düşünə bilər, çünki piyadanın üzü onlara tərəf deyil. Lakin burada riskin mahiyyəti tamam başqadır.
Aqil Rəhimov qeyd edir ki, yolun ortasında dayanmış piyada qarşıdan gələn avtomobillərdən çəkinərək qəfil reaksiya verə bilər:
“Belə hallarda sürücü onun yanından keçən anda piyada bir addım geri çəkilə bilər. Yol kənarında qaçmağa, sağa sıçramağa yeri yoxdur. Buna görə həmin anda geriyə addım atması tamamilə realdır və bu zaman birbaşa avtomobilin təkərinin altına düşə bilər”.
Məşqçi sürücülərə xüsusilə belə dar sahələrdə diqqətli olmağı tövsiyə edir:
“Sürət aşağı olmalı, ayağınız daim əyləcin üstündə hazır vəziyyətdə qalmalıdır. Çünki piyadanın qəfil geri addımı sürücünün reaksiyasından asılı olaraq faciəyə çevrilə bilər”.
Aqil Rəhimov hesab edir ki, həm sürücülər, həm də piyadalar qaydalara ciddi yanaşmalı, keçidlərdən istifadə edilməli və yolun hərəkət hissəsində dayanma hallarına yol verilməməlidir.
Eltac Zülfüqaroğlu
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO











