Yolun ortasında təkər təmir edən sürücü ölümə özü can atır - VİDEO

Paytaxt yollarında bəzi sürücülər tərəfindən yol verilən səhvlərdən sonra təhlükəli məqamlar yaranır. Hamımız belə hallarla tez-tez rastlaşırıq.
Avtosfer.az xəbər verir ki, bəzi hallarda sürücülər və ya ustalar yolun kənarında, xüsusilə də təhlükəli tərəfdə, yəni yol istiqamətində avtomobilin təkərini təmir edir və ya təkərləri qaraldırlar. Bu isə ciddi təhlükə yaradır.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirir ki, belə hallarda insanlar əyilərək iş gördükləri üçün müvazinətlərini itirə bilərlər. Əgər siz onların yanından keçərkən bu baş versə, həmin şəxsin bədəni və ya başı avtomobilinizin altında qala bilər.
Məşqçi sürücülərə məsləhət görür ki, belə situasiyalarda ara məsafəsini düzgün saxlasınlar:
“Yoldan keçərkən təkər təmir edən usta və ya təkər qaraldan sürücüyə yaxın məsafədə manevr etməyin. Elə məsafə saxlayın ki, əgər o şəxs yıxılarsa, sizin avtomobilin təkərləri onun üzərinə gəlməsin.”
Aqil Rəhimov əlavə edib ki, bəzən bəzi sürücülər bu barədə deyilən məsləhətləri ciddiyə almır və “özləri günahkardır, mən nə edə bilərəm?” – kimi fikirlər səsləndirirlər.
“Ancaq unutmaq lazım deyil ki, belə bir hadisə baş verərsə, sürücünün özü də məsuliyyət daşıyır. Çünki Cinayət Məcəlləsində ehtiyatsızlıqdan insanın ölümünə səbəb olma maddəsi hələ də qüvvədədir. Buna görə də ehtiyatlı olun. Belə ehtiyatsız insanları qorumaqla, əslində özünüzü qorumuş olursunuz,” – deyə məşqçi vurğulayıb.
Eltac Zülfüqaroğlu
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək










