Yük parametrlərini aşanlarla bağlı tədbir görüləcək - DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Son günlər sosial şəbəkələrdə yüklə hərəkət edən sürücülərin təhlükəli vəziyyətdə nəqliyyat vasitələrini idarə etdiyi görüntülər getdikcə çoxalır.
Avtosfer.az xəbər veriri ki, bəzi kadrlarda yük maşınının yüklü olduğu halda üstünün örtülməsi, həmçinin dönmə anında yüklərin tərpənməsi, hətta bəzi hallarda yoldan kənara savrulması hallarınını şahidi olmuşuq. Bu isə təkcə həmin nəqliyyat vasitəsinin sürücüsünü deyil, digər yol iştirakçılarını da real təhlükə ilə üz-üzə qoyur.
Maraqlıdır ki, bu hallar təsadüf deyil. Bir çox sürücü bildirir ki, yük daşıma zamanı yükün bərkidilməsi və daşınması ilə bağlı qaydalara bəzi sürücülər tam əməl etmirlər. Bəzən tələsiklik, bəzən məsuliyyətsizlik, bəzən də texniki avadanlıqların çatışmazlığı bu cür riskli vəziyyətlərə səbəb olur.

Məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır:
“Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir”.
Elvin Hacıyev qeyd edib ki, sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir”.
“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək”.
Fidan
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək










