“06” ilə avtoxuliqanlıq edən şəxs saxlanıldı – İş məhkəməyə göndərildi - FOTO

Göygöldə ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, Sənan Yüzbaşılı rayon ərazisində idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.
Sənan Yüzbaşılı barəsində polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Göygöl rayonu ərazisində avtoxuliqanlıqla məşğul olan şəxs törətdiyi qanunazidd əməlləri "TikTok" sosial şəbəkəsində paylaşıb. Onun sosial şəbəkə hesabı bir müddət sonra bağlanıb.

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO
Yük maşını dayanacağı blokladı – Sürücülər və piyadalar çətin anlar yaşadı - VİDEO
Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO
Avtoxuliqanlıq edən sürücü 15 GÜN həbs olundu - VİDEO
Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır - VİDEO
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb kişini döydürdü - VİDEO
Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO










