"06" ilə avtoxuliqanlıq edən sürücü 190 sürüb "ruçnoy" çəkdi - VİDEO

Qaydalar 23 Sentyabr 2020 10:00
"06" ilə avtoxuliqanlıq edən sürücü  190 sürüb "ruçnoy" çəkdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İdarə etdiyi avtomobillə avtoxuliqanlıq edən şəxs, çəkdiyi videoları sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, 36-BJ-816 qeydiyyat nişanlı "Vaz 2106" markalı avtomobilin sürücüsü, müxtəlif vaxtlarda hərəkət zamanı əl əyləcindən istifadə edərək avtomobili yolda bir neçə dəfə fırladıb.
Digər görüntüdə isə sürücü Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində avtomobili 190 km/saat sürətlə idarə edib. Videonun şərh bölməsində isə avtomobili özü idarə etdiyini təsdiq edib.

Bu xətaların hamısı ümumi istifadədə olan yolda törədilib.
Sözügedən görüntünü sizə təqdim edirik.

 

Təbriz

Oxunub : 20526
ŞƏRH YAZ
Ad

E-mail

Şərh