“07” ilə qayda pozan xanım sürücünün maşını duracağa aparıldı - VİDEO

Qaydalar 11 İyun 2024 11:41 Oxunub 12010
“07” ilə qayda pozan xanım  sürücünün maşını duracağa aparıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülük vəsiqəsinin müddətinin bitməsinə baxmayaraq avtomobil idarə edən xanım sürücü yol polisi tərəfindən aşkar edilib.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Yasamal rayonu, Şərifzadə küçəsində reyd keçirərkən sürücü qayda pozub və saxlanılıb. Belə ki, 90-XD-087 qeydiyyat nişanlı “VAZ” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağında saxlayıb. Bu da avtobusların dayanacağa daxil olmasına mane olmaqla yanaşı, sərnişinlərin də avtobuslara rahat və təhlükəsiz minib-düşməsinə çətinlik yaradıb.

Yoxlama zamanı xanım sürücünün sürücülük vəsiqəsinin müddətinin 2 ildən artıqdır ki, bitməsi aşkar olunub. Nəticədə DYP əməkdaşları sürücü ilə bağlı qanunamüvafiq tədbirlər görüb və avtomobil duracağa yerləşdirilib.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh