1 dəqiqə ərzində üç dəfə əks yola çıxan sürücü kameraya düşdü - VİDEO

Qaydalar 31 May 2024 18:00 Oxunub 376
1 dəqiqə ərzində üç dəfə əks yola çıxan sürücü kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Masazır qəsəbəsində qaydaları pozaraq təhlükə yaradan sürücünün görüntülərini oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 30-da, Əliağa Vahid küçəsində baş verib. Belə ki, 99-UM-364 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü yolayrıcına çatan zaman əks istiqamətə çıxaraq qabağa düşməyə çalışıb. O, bundan sonra 2 dəfə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn avtomobillərə təhlükə yaradıb.

 

Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh