1 manata görə dayanan taksi sürücüsü 80 manatlıq qayda pozdu - VİDEO

Qaydalar 28 Avqust 2024 12:30 Oxunub 5572
1 manata görə dayanan taksi sürücüsü 80 manatlıq qayda pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dayanma-durma qaydasını pozan taksi sürücüsü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 28-də, paytaxtın Müzəffər Həsənov küçəsində qeydə alınıb.

Belə ki, 77-PC-419 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü yolun ikinci zolağında dayanaraq sərnişinlərin gəlməsini gözləyib. Bu zaman digər avtomobillərin yolunu kəsərək hərəkətə mane olub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdən sonra nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh