"1 manatlıq" taksi sürücüsü Bakı-Sumqayıt yolunda oyun çıxarır - VİDEO
Qaydalar 1 Dekabr 2021 11:33 Oxunub 2290
"1 manatlıq" taksi sürücüsü Bakı-Sumqayıt yolunda oyun çıxarır  - VİDEO

Bakı-Sumqayıt yolunda manevr və ötmə qaydasını kobud şəkildə pozan taksi sürücüsünün hərəktləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 90-PV-282 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü noyabrın 29-da şəhər istiqamətinə hərəkət edən zaman öncə sağdan ötmə edib. Daha sonra avtomobillərin arasından sağa-sola manevr edərək həm özünü, həm də digər sürücülərin həyatını təhlükə altında qoyub.

Çox təəssüf ki, taksidə olan sərnişinlər bir çox hallarda sürücünün etdiyi təhlükəli hərəkətlərə susurlar. Lakin düşünmürlər ki, onların həyatı həmin sürücünün əlindədir. Belə hallarda mütləq sürücüyə irad bildirilməli, yeri gəldikdə onun hərəkətlərindən polisə şikayət edilməlidir. Əks halda yolda ölənlərdən biri də siz ola bilərsiniz...

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh