17 balı olan sürücü qırmızıda keçib sürücülük hüququnu itirdi - VİDEO

Qaydalar 13 Avqust 2021 12:08 Oxunub 8210
17 balı olan sürücü qırmızıda keçib sürücülük hüququnu itirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər edib svetoforun qırmızı işığından keçən sürücü saxlanıldı. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış görüntülərə baxış keçirildikdən sonra

99-VV-365 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusu öz təsdiqini tapıb. Buna görə də sürücü Şahmarlı İlqar Sevindik oğlu idarəyə dəvət olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 3 bal 60 manat cərimə yazılıb.

Onun sürücülük vəsiqəsində 17 bal olduğu üçün, yazılmış 3 bal 60 manat cərimədən sonra toplanılmış ballar 20-yə çatdığından,
sürücülük hüququ avtomatik olaraq məhdudlaşdırılıb.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh