188-in evakuatoru ilə 3 nəfəri öldürən şəxslərə 19 il həbs - Məhkəmə başa çatır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqdirləndirilən Vüsal Abdullayev və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında V.Abdullayevin 10 il, R.Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyiblər. Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin olunub.
Qeyd edək ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Ağır qəzada 3 nəfər - 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 22 yaşlı Ramilə Cəfərova dünyasını dəyişib. 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu isə ağır xəsarət alıb. Dünyasını dəyişənlər və yaralanan şəxslər takisi fəaliyyəti ilə məşğul olmuş R.Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobildə olublar. Qəzada iştirak edən digər maşın isə "188" evakuator xidmətinə məxsus 90-JZ-887 dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını olub.
Evakuatorun sürücüsü V.Abdullayev yol hərəkətini pozaraq yolu qadağan olunmuş hissədən dönüb. Yüksək sürətlə gələn "Mercedes" isə sürəti azalda bilməyib və evakuatora çırpılıb.
Hadisədən sonra saxlanılan hər iki çəxsin barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 263.3-cü (iki və daha artıq şəxsin ölümü ilə nəticələnən avto qəza törətmə) maddəsi ilə ittiham edilirlər. Məhkəmədə ifadə verən V.Abdullayev özünü qismən, R.Məmmədov isə özünü tam təqdirli bilib.
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO











