20-ci sahədə avtobus dayanacağı sürücülərin parkinq zonasına çevrilib - FOTO

Qaydalar 18 Oktyabr 2024 17:51 Oxunub 264
20-ci sahədə avtobus dayanacağı sürücülərin parkinq zonasına çevrilib    - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonunda dayanma-durma qaydalarını kütləvi şəkildə pozan sürücülər avtobuslara əngəl törədir.

Bu barədə sürücülərdən biri Avtosfer.az-a müraciət edərək fotoşəkillər göndərib. O bildirib ki, 20-ci sahə adlanan ərazidəki dairə - 5 və 88 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacağı sürücülərin parkinq zonasına çevrilib. Görüntüdən də aydın olduğu kimi, avtomobillər avtobus dayanacağını göstərən sarı xəttin üzərində park edilib. Nəticədə dayanacağa daxil olan avtobus sürücüləri nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulmuş hissədə saxlaya bilmirlər. Sürücünün sözlərinə görə, onlar avtomobillərin sahiblərinə ərazidə park etməmələrini dəfərlərlə bildiriblər. Lakin qayda pozan sürücülərin bunu qadağan edən nişanın olmadığını əsas gətirərək onlarla mübahisə etdiklərini qeyd edib.  

Qeyd edək ki, dairədə fərdi avtomobil sürücüləri üçün parkinq sahəsi mövcuddur.

Xatırladaq ki, qanunvericiliyə görə, sürücülər avtomobillərini avtobusların dayanacağını bildirən xətlərin qurtaracağında və ondan 15 metr kənarda saxlaya bilərlər.

Nərmin

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh