Reklam

20 Yanvar dairəsində qaydaları sayan yoxdur : Piyadası elə, sürücüsü belə - VİDEO

Qaydalar 1 Sentyabr 2023 15:29 Oxunub 2632
20 Yanvar dairəsində qaydaları sayan yoxdur : Piyadası elə, sürücüsü belə  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə dəfə şikayət olunmasına baxmayaraq heç bir təsiri olmayan mövzulardan biri də 20 Yanvar dairəsində nəqliyyat problemidir. Avtosfer.az xəbər verir ki, 20 Yanvar dairəsi ərazisində yeraltı keçidlərin olmasına baxmayaraq piyadalar hələ də nəqliyyat vasitələrinin hərəkət etdiyi yollarda həyatları ilə “oyun oynamağa” davam edirlər. Sözügedən ərazidə dəfələrlə piyada vurulmalarının qeydə alınmasına isə heç kim nəzər yetirmir. Problem bununla bitsə yaxşıdır.
Təəssüflər olsun ki, sürücülər də piyadalardan geri qalmır. Belə ki, 20 Yanvar dairəsindən Rövşən Cəfərov küçəsinə gedən istiqamətdə - “Velotrek”in qarşısından 3-cü mikrorayon dairəsinə düşəndə yolun iki zolağını zəbt edən “manatlıq” taksilər ərazidə sıxlığın və tıxacın yaranmasının birbaşa səbəbkarlarıdır.
Tiblisi prospektindən gələn avtomobil qanuna uyğun olaraq daimi sağa dönmə icazəsi olduğu halda yolu zəbt etmiş avtomobillərin əlindən çətinlik çəkir.
Üstəlik, bütün bunlar Yol Patrul Xidməti əməkdaşlarının gözləri qarşısında baş verir.
Qeyd edək ki, istər piyadalar, itərsə də sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə məsuliyyətə cəlb edilməlidir. Çünki videodan da görünür ki, hər iki tərəf qayda pozur.


Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh