40 manat cərimə olunmaq istəməyənlər mütləq baxsın – VİDEO

Bəzən sürücülər yol polisi əməkdaşları tərəfindən nə üçün cərimə edildiklərini tam başa düşə bilmirlər. Avtosfer.az-a müraciət edən bir çoxları soruşur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etməyə görə cərimə düşürmü? Ümumiyyətlə, nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirməməyə görə 40 manatlıq cərimə nə ilə bağlıdır? Avtosfer.az bu və digər suallara cavab verərkən həm də maraqlı bir videonu təqdim edir. Avtosfer.az-ın sürücüsünün hazırladığı bu videoda yolda hərəkət qaydaları izah olunur. Diqqət edirsinizsə, sürücü əsasən yolun sağ zolağı ilə hərəkət edir. Çünki sağ zolaq boşdur. "Yol hərəkəti haqqında" qanunda da qeyd olunur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Həmin maddədə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsi dedikdə həm də bu xəta nəzərdə tutulur. Bunu həm də 3 zolaqlı yolda 4-cü zolaq yaradanlara da aid etmək olar. Bizim sürücünün hazırladığı videodan da görünür ki, sürücü qaydalara uyğun hərəkət edir, sol zolağa isə yalnız ötmə əməliyyatı apararkən çıxır. Ötməni başa çatdırdıqdan sonra isə yenidən sağ zolağa qayıdır.
Yeri gəlmişkən, ötmə ilə bağlı bəzi sürücülər kobud səhvə yol verir. Əksər sürücülər ötməyə başladığı nəqliyyat vasitəsinə həddindən artıq yaxınlaşırlar və hətta bəzən 1-2 metr ara məsafəsindən ötməyə başlayırlar. Lakin diqqət edirsinizsə, bizim sürücü normal ara məsafəsi saxlayıb və ötməyə də ən azı 15-metr məsafədən başlayır. Qaydalar belə tələb edir. Lakin səhvən yaxın məsafədən ötməyə başlayanlar bilməlidirlər ki, həmin anda qarşıdakı nəqliyyat vasitəsi qəflətən tormoz versə, onun qarşısında hər hansı bir maneə olsa ötməyə başlayan sürücü bunu görə bilməyəcək.
Videoda bir neçə sürücünün bu qaydalara əməl etmədiyi açıq-aydın görünür. Bəlkə də, sürücülərimizin yarıdan çoxu elə bu qaydada maşın sürür. Lakin bu, səhvdir və təhlükədir. Ən yaxşı halda isə cərimə ilə bitə bilər…
Elməddin Muradlı
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT











