“8 Noyabr”da piyada keçidini şəxsi parkinqinə çevirən sürücü - 90-GP-383 - VİDEO

Bakının Xətai rayonu, “8 Noyabr” prospektində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyici Avtosfer.az-a videomaterial göndərib. O bildirib ki, 90-GP-383 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınının sürücüsü hər gün sözügedən ərazidəki eynisəviyyəli piyada keçidində saxlayır. Nəticədə piyadalar yolu keçərkən çətinlik çəkirlər. Görüntüdən aydın olduğu kimi, “Opel” markalı maşın da zolağın sol tərəfində park edilib.
Qeyd edək ki, sürücü nəqliyyat vasitəsini piyada zolağından ən azı 5 metr kənarda saxlaya bilər. Əks halda qayda pozmuş hesab olunur.
Xatırladaq ki, qanuna edilən dəyişikliyə görə, bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










