Adını təlimçi qoyan xanım sürücüdən sükan arxasında özbaşınalıq - VİDEO

Avtomobil təlimçisi tərəfindən yol verilən təhlükəli davranışlar sosial şəbəkədə izləyicilər tərəfindən qınanılıb. Avtosfer.az xəbər verir ki, yayılan görüntülərdə sürücülük təlimi keçən xanımın sükan arxasında yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu açıq-aydın görünür. Belə ki, 77-UD-291 qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sükanı arxasında əyləşən xanım sürücü hərəkət zamanı bir neçə ciddi qayda pozuntusuna yol verib.
Videolardan aydın görünür ki, xanım sürücü nəqliyyat vasitəsini idarə edən zaman diqqətini yoldan yayındırıb. Nəqliyyat vasitəsinin hərəkəti zamanı o, kosmetik vasitələrdən istifadə edərək üzünü makiyaj edib.
Qeyd edək ki, avtomobil təlimi verən şəxs tərəfindən bu cür məsuliyyətsiz davranışların sərgilənməsi sürücülərə mənfi örnək kimi qiymətləndirilir. Sürücülük təlimçilərinin məsuliyyətli və diqqətli olması, hər bir davranışı ilə təlim keçdikləri şəxslərə düzgün nümunə göstərmələri olduqca vacibdir.
Sözügedən videonu təqdim edirik.
Fərid
Narkoman sürücü ikinci dəfə hallı tutuldu; Ekologiya postunda - FOTO
Qarlı yolda “Tofaş”la şou göstərən sürücü saxlanıldı; 2500 manat cərimələndi - VİDEO
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO
Azyaşlı sürücüdən “riskli şou”: Daşla dolu “KamAZ”ın təkərlərini havaya qaldırdı - VİDEO
Prospektdə özbaşınalıq edən sürücü maşını sıxışdırıb "yaxşı edirəm" dedi - VİDEO
Şəhərin mərkəzində avtobusu öz “qayda”ları ilə sürüb yolu kəsdi - 77-JA-958 - VİDEO
Boş yerlərə sığmayan sürücü maşını yolun ortasında saxladı - VİDEO
Yol polisi telefondan istifadə edən sürücülərə qarşı reydlərə başladı - VİDEO
Prospektdə şirkətə məxsus reklam lövhəsi səkini zəbt edir – VƏTƏNDAŞ ŞİAKYƏTİ - FOTO
Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi - CƏZALANDIRILDI - VİDEO
Avtobusu yolayrıcında saxlayıb sərnişin düşürən sürücü hərəkəti əngəllədi - VİDEO











