Adlarını sürücü qoyublar, amma qanundan xəbərləri yoxdur - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 22-də, paytaxtın Həsən Əliyev küçəsində baş verib.
Belə ki, görüntünü qeydə alan sürücü yolayrıcında tıxacın olduğunu görərək stop xətt qarşısında növbəsini gözləyib. Bu zaman sol zolaqla hərəkət edən 77-LL-118 qeydiyyat nişanlı "Lixiang" markalı və 10-MY-584 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillərin sürücüləri düzünə hərəkət təşkil edilmiş zolaqdan sağa dönüblər. Yol nişanlanma xəttinin tələbini pozan sürücülər daha sonra yolayrıcının keçilməsi qaydasını pozublar. "Mercedes" markalı avtomobilin sürücüsü isə qırmızı işıqda hərəkətinə davam edib.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










