Aeroport yoluna çıxan araba sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO

Qaydalar 2 Aprel 2022 14:10 Oxunub 8018
Aeroport yoluna çıxan araba sürücünü çıxılmaz vəziyyətə saldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəza şəraiti ilə üzləşən sürücü qeydə aldığı videonu redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, martın 29-da, paytaxtın hava limanı yolunda hərəkət edən sürücünün qarşısına qəfildən yük arabası çıxıb. Hadisə "Rahat" marketin qarşısında baş verib. Sürücünün sözlərinə görə, külək mağazanın qarşısında olan arabanı yolun hərəkət hissəsinə tərəf çıxarıb. 

Küləkli hava şəraitində yük arabalarının və zibil qablarının avtomobil yoluna çıxaraq sürücülərə təhlükə yaratmasının dəfələrlə şahidi olmuşuq. Bu cür halların baş verməməsi üçün təkərli arabalar və qablar elə yerdə yerləşdirilməlidir və ya bərkidilməlidir ki, küləyin təsirindən hərəkət iştirakçılarına maneə yaratmasın.

Şəfa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh