Ağdamda “07” ilə “avtoş”luq edib videolarını yayan sürücü 20 gün HƏBS OLUNDU - VİDEO

Ağdam rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 90-HT-335 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən, 20 gün müddətin inzibati qaydada həbs olunub.
Qeyd edək ki, sözügedən sürücüylə bağlı bir neçə gün öncə saytımızda xəbər dərc olunmuşdu. O, müxtəlif vaxtlarda çəkilmiş videolarda yol boyu təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratmışdı.
Nərmin
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








