"Ağıllı" sürücünün qayda pozuntusu sosial mediada zarafat obyektine çevrildi - VİDEO

Qaydalar 10 Avqust 2021 11:51 Oxunub 22064
"Ağıllı" sürücünün qayda pozuntusu  sosial mediada zarafat obyektine çevrildi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz


Bakıda radara düşən “Range Rover” markalı avtomobilin görüntüsü sosial mediada yayılaraq gülüş yaradacaq mövzuya çevrilib. Videonun altına “Azərbaycanlı olduğunu demədən göstər” səsi yerləşdirilərək bu cür qayda pozuntusunun yalnız bizlərə məxsus olduğuna diqqət çəkilib.  Avtosfer.az bildirir ki, video hər nə qədər gülüş doğursa da burada acı bir gerçək var ki, o da özünü hamıdan ağıllı hesab edən bəzi sürücülərin yol nişanlarına məhəl qoymadan hərəkət etməsidir. Videoda “Range Rover”in sürücüsü yalnız sağa hərəkətin icazə verildiyi zolağa daxil olaraq işıqfora çatır və bayaqdan gözləyənlərdən də öncə düzünə hərəkətə davam edir. Amma bu cür “ağıllı” sürücülər bəzən unudur ki, onları izləyən onlardan da “ağıllı” radarlar var. İşıqforda dayanıb gözləyənlər kimi sıraya düzülməyi özünə yaraşdırmayan bu cür sürücülər nə yalnız sağa – sola hərəkət üçün, nə də avtobuslar üçün ayrılan zolaqlara məhəl qoymayıb burada avtomobillərini sürərək hamıdan öncə yolu bitirir. Bu qayda pozuntusu olmaqla bərabər, dəqiqələrcə tıxacda öz zolağında dayananlara qarşı da hörmətsizlikdir. Sürücülük mədəniyyəti də elə burada özünü göstərir. Belələri yolu tez bitirdiyi üçün sevinsə də, yerdə qalanların onun ünvanına yağdırdığı "tərifnamələri" də udmalı olur.
Yol nişanları, işıqforlar sürücülər üçün tətbiq edilir. Qaydalar isə onları pozmaq üçün yox, əməl etməkçündür. 
Qeyd edək ki, bu videoda qayda pozan “Range Rover” markalı avtomobilin sürücüsü yol nişanının pozulmasına görə 40 AZN cərimələnib.

 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh