Ağsuda qabağı olmayan “Lada” ilə təhlükə saçan sürücü saxlanıldı - 77-YT-504 - VİDEO

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən sürücü müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.
***
Ağsu rayonu ərazisində yol-hərəkəti qaydalarını pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-YT-504 dövlət nömrə nişanlı “Lada Granta” markalı avtomobilin sürücüsü “şou” göstərmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Digər kadrda isə onun maşını nasaz vəziyyətdə - işıq cihazlarından biri olmadan və dövlət nömrə nişanlarını
çıxararaq idarə etdiyi görünür.
Eyni zamanda sürücünün avtomobilin konstruksiyasına müdaxilə etdiyi də kadrda aydın şəkildə əks olunub.
Nərmin
Eyni anda iki kobud qayda pozan sürücü təhlükə yaratdı - VİDEO
Yüngül qəzanı yolun ortasında həll edə bilməyən sürücülər tıxac yaratdılar - VİDEO
“Toyota” sürücüləri maşınlarını qarajın girişində saxlayıb getdi - FOTO
Yağışlı havada sağdan ötmə edən sürücü təhlükə saçdı - VİDEO
Şəxsi avtomobillər dayanacağı zəbt etdi – Taksi sürücüsünə yer qalmadı - VİDEO
Şüvəlanda riskli manevr edən “BMW” sürücüsü az qala qəza törədirdi - VİDEO
Yeraltı parkinqlərdə ödənişi belə etməyin: Hamıya narahatlıq yaranır - VİDEO
Dairədə qayda pozan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Qaydaları “çeynəyən” sürücülər ard-arda qəza şəraiti yaratdı - VİDEO
Narkotikin təsiri altında avtomobil idarə etdi - HƏBS OLUNDU - VİDEO
Övladının yaşamasını istəyən valideynlər bu addıma son qoymalıdır - VİDEO










