Ali Məhkəmə və Gömrük Komitəsinin maşınları velosiped zolağını zəbt edib - VİDEO

Qaydalar 3 Sentyabr 2024 14:30 Oxunub 318
Ali Məhkəmə və Gömrük Komitəsinin maşınları velosiped zolağını zəbt edib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlarda Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxtəlif küçə və prospektlərində velosiped zolaqlarında avtomobil park edən sürücülərlə bağlı tədbirlər həyata keçirir.

Avtosfer.az xəbər verir ki, tədbirlər çərçivəsində qayda pozan sürücülərə qanunvericiliyin tələbləri izah edilir. Maarifləndirmə işləri müsbət nəticələr verib.

Lakin bəzi sürücülər hələ də qaydalara riayət etmək istəmir. Belə ki, Ali Məhkəməyə məxsus olan 10-AS-020 dövlət nömrə nişanlı, "Mercedes" markalı və Dövlət Gömrük Komitəsinə məxsus olan 10-AG-909 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillərin sürücüləri velosipedçilərin zolağını zəbt edərək yolu kəsib.
Bu barədə görüntüləri velosiped sürücüləri çəkərək redaksiyamıza təqdim edib. Ölkədə mühüm əhəmiyyət kəsb edən COP29 tədbirləri astanasında dövlət idarələrinə məxsus maşınların sürücüləri qayda pozarsa digərlərinə hansı nümunə göstərmiş olur?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh