Alkotesterlə belə davranan sürücü olmamışdı - VİDEO

Rusiyada yol polisi tərəfindən saxlanılan sərxoş sürücü gülüş hədəfinə çevrilib. Avtosfer.az xəbər verir ki, polis maşınına əyləşən sürücü, alkotesterin borusunu siqaret sanır, ondan tüstü çıxmadığını görüb maşından bayıra atır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ilə alkoqol, psixotrop və narkotik tərkibli vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə sürücü ilk dəfə İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə 400 manat cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Eyni əməl təkrar törədildikdə 500 manat cərimə, sürücülük hüququnun 2 il müddətinə məhdudlaşdırılması və ya 15 gün inzibati həbs nəzərdə tutulur.
Ümumiyyətlə, sərxoş vəziyyətdə olan sürücünün sükan arxasında fikri yayınır, görmə qabiliyyəti məhdudlaşır və hadisələrə dərhal reaksiya vermək imkanında olmur. Bu isə ən qısa zaman kəsiyində ağır qəzaya səbəb ola bilər.
Fuad
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












