Altı ayda baş verən yol qəzalarında 304 nəfər ölüb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2016-ci ilin 6 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb. BDYPİ-dən Avtosfer.az saytına verilən məlumata görə, 6 ay ərzində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həlak olub, 970 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), yaralananların sayı 147 nəfər (13,2%) azalıb.
Bakı şəhəri ərazisində 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.
Bildirilib ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1%-i (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2%-i (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21 hadisə, 8 ölüm, 25 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil etmiş, nəticədə 130 piyada həlak olmuş, 290-ı yaralanıb. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olmuş, 80 nəfər yaralanıb. 2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalıb.
Emin
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












