Altı nəfərin ölümündə günahkar bilinən sürücünün məhkəməsi başlayır

Altı nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elyar Bayramovun cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. Saat 21:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun 45-ci km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Bayramov Elyar Yusif oğlunun idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Elnur İsfəndiyar oğlunun idarə etdiyi “VAZ-21102” markalı, 66-BS-663 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər. “Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, E.Bayramovu xilas etmək mümkün olmayıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












