Aqşin Fatehin restoranı cərimələndi - FOTO - VİDEO

Polis Nərimanov rayonunda məişət səs-küyü normalarına əməl etməyən obyektlərdə profilaktik tədbirlər keçirib.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib. Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb. Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Sosial mediada yayılan məlumata görə, reyd keçirən restoran müğənni Aqşin Fatehə məxsusdur.

İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO













