"Ara işləyən" sürücü 2 dəfə qəza şəraiti yaratdı, sonra özünə haqq qazandırdı - VİDEO
Qaydalar
13 Noyabr 2023 10:00
Oxunub 1174
Yolda ötmə və manevr qaydalarını kobud şəkildə pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 4-də, Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, 99-HN-403 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü manevr qaydasını düzgün yerinə yetirmədiyi üçün görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Bu azmış kimi, bir az qarşıda eyni hərəkəti təkrarlayaraq qəza şəraiti yaratdığı sürücünü qəzəbləndirib. Daha sonra onların arasında mübahisə yaranıb.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR