Avtobus sürərkən nərd oynayan sürücü sərt cəzalandırıldı - VİDEO

Avtobus sürücüsü nərd oynaya-oynaya sərnişin daşıyır. Hadisə ötən gün 160 nömrəli sərnişin avtobusunda yaşanıb.Belə ki, metronun Koroğlu stansiyasında olan mübadilə mərkəzindən Binə qəsəbəsi istiqamətinə hərəkət edən 160 nömrəli avtobusun sürücüsü sükan arxasında mobil telefonda nərd oynayıb.Onun görüntülərini isə avtobusda olan sərnişinlərdən biri lentə alıb. İçərisində sərnişinlərin dolu olduğu avtobusu idarə edən bu sürücü sanki heçnə olamamış kimi yoluna davam edir.Araşdırma zamanı məlum olub ki,sərnişinlərin həyatını təhlükəyə atan Elşən Məmmədov adlı sürücüdür. Elşən Məmmədovdan bunun səbəbini soruşduqda o, bu addımı başını qatmaq üçün atdığını bildirdi. Marşurut xəttinin sahibkarı isə sürücülər arasında maarifləndirmə işlərinin aparıldığını deyir. Artıq həmin sürücü və marşurt xəttinin sahibi Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.
Bununla yanaşı sürücünün inzibati qaydada cərimə olunması üçün dövlət yol polisinədə məlumat verilib.
Qeyd edək ki, sürücü əlində telefon nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












