Reklam

Avtobus sürücüləri sərnişinləri görün harada mindirib-düşürür – TƏHLÜKƏ - VİDEO

Qaydalar 31 May 2024 12:09 Oxunub 3718
Avtobus sürücüləri sərnişinləri görün harada mindirib-düşürür – TƏHLÜKƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda avtobus sürücüləri sərnişinləri təhlükəyə atır.

Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza müxtəlif günlərdə çəkilmiş videolar göndərilib.

Nizami rayonu Böyük İpək yolu küçəsində, “Yeni Klinika”nın qarşısındakı yolda avtobus dayanacağı var. Lakin bəzi avtobus sürücüləri Heydər Əliyev prospekti istiqamətindən gələn zaman tunelin çıxışında sərnişinləri mindirib-düşürür. Qaydalara uyğun olaraq sürücülər tuneldən çıxan kimi sağa, onlar üçün ayrılmış dayanacaa daxil olmalıdırlar.

Təqdim olunan görüntülərdə 184 müntəzəm marşrut xətti ilə hərəkət edən 10-TG-319 qeydiyyat nişanlı və 36 müntəzəm marşrut xətti ilə hərəkət edən 90-HS-682 qeydiyyat nişanlı avtobusların sürücüləri sərnişinləri yolun ortasında mindirib-düşürdüb.

Sərnişinlər də dayanacaq əvəzinə yolun ayırıcı hissəsində dayanırlar. Görünən odur ki, avtobus sürücüləri və sərnişinlər buna “vərdiş” ediblər.

Qeyd edək ki, avtobusların dayanacaqdan kənarda saxlaması digər nəqliyyat vasitələri üçün maneə yaratmaqla yanaşı sərnişinləri də təhlükəyə atır. Sakinlər bildirib ki, bu hala tuneldən çıxan bütün avtobus sürücüləri yol verir.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildiirb ki, sözügedən görüntülər araşdırılır: “Sürücülər barəsində inzibati tənbeh tədbirləri görüləcək. “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən mumi istifadədə olan nəqliyyat vasitəsi sərnişinləri mindirib-düşürmək üçün bu məqsədlə müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları işarələri ilə işarələnmiş dayanacaqlardan kənarda dayanması qadağandır. Bu da İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən, 100 manat və 4 bal miqdarında cərimələnir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh