Avtobus sürücüləri sərnişinlərin həyatını belə təhlükəyə atırlar - VİDEO

Xəbərdarlıqlara və cərimələrə baxmayaraq, hələ də avtobusu qapısı açıq halda idarə edən sürücülər var. Bunu şəhərdə çəkiliş apardığımız zaman şahidi olduğumuz mənzərə deməyə əsas verir. Havalar isinən kimi sürücülər sərnişinlərin həyatını təhlükəyə ataraq avtobusu qapısı açıq idarə edirlər. Qaydaları bilirilər, amma görünən odur ki, sürücülər buna çox az hallarda əməl edirlər. Aşağıda təqdim edəcəyimiz görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev prospektindəndir. Dayanacaqdan yola çıxan hər 10 sürücüdən, 8-i avtobusu qapısı açıq halda idarə edir. Belə hallara xüsusən də yay aylarında daha çox rast gəlinir. Qapını açıq qoymaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər hələ bu azmış kimi, dairə və ya sərt döngəyə də sürətlə daxil olurlar. Bu da sərnişinlərin qapıdan düşüb ağır xəsarət alma və ya ölüm riskini artırır.
Müşahidələr onu göstərir ki, ''Baku-Bus'' istisna olmaqla, şəhərdaxili avtobusların böyük əksəriyyətində kondisoner sistemi yoxdur. Bu səbəbdən də sürücülər sərinləmək üçün çarəni avtobusu qapını açıq şəkildə idarə etməkdə görürlər. Bu qaydada avtobusu idarə edən sürücü İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 40 manat cərimələnir.
Nəqiyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, belə halların baş verməməsi üçün sahibkara da ciddi xəbərdarlıq edilməlidir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova da sözügedən problemdən xəbərdar olduqlarını və belə halların qarşısının alınması üçün tədbirlərin görüldüyünü dedi. Qurum rəsmisi bu ilin 5 ayı ərazində daxil olan bənzər şikayətlər əsasında 3 sürücünün işdən azad edildiyini də bildirdi.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












