Avtobus sürücülərinin daha bir özbaşınalığı - Düşün

Payız və qış aylarında yağışın davamlı yağması bir sıra hallarda tıxacın yaranmasına səbəb olur. Bəzi avtobus sürücüləri isə bu haldan istifadə edərək hərəkət sxemini müəyyən qədər dəyişirlər. Beləliklə, bəzi sürücülər tıxaca girərsə, intervalda gecikmələr olacağını əsas gətirib sərnişinləri bir neçə dayanacaq əvvəldə düşürür. Bu isə təbii olaraq, sərnişinlərin narazılığına səbəb olur.
Bakıda 36 saylı marşrut üzrə hərəkət edən davtobusların da yağışlı havalarda və tıxaclar zamanı hərəkət sxemindən yayınması ilə bağlı sərnişinlər tez-tez şikayət edirlər. Belə ki, sürücülər avtobusların gecikməsini səbəb göstərərək, bəzi hallarda hərəkət sxemində nəzərdə tutulmuş dayanacaqlara sürmürlər. Sərnişinlərdən dayanacağa çatmamış düşməsini tələb edirlər.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq. Mais Ağayev Modern.az-a açıqlamasında qeyd edib ki, əgər sürücü yagışlı havalarda, tıxac yarandığı halda sırf intervalında gecikmələr olacaq deyə, yolunu dəyişərsə, bu qayda pozuntusudur. “Tələblərə görə bu hal baş verməməlidir. İstənilən halda, sərnişin etiraz etsə də-etməsə də, xəbərdaqlıq olunmadan marşrut xətdən yayına bilməz. Tixacdısa, hamı tıxacda qalıb. Bunu əsas gətirərək, intervala görə yolu dəyişmək olmaz.Biz bu müraciət əsasında 36 saylı avtobus daşıyıcısı ilə əlaqə saxlayıb belə hala yol verən sürücü ilə bağlı tədbir görməyi daşıyıcıdan tələb edəcəyik”.
Mais Ağayev deyib ki, sürücü yalnız xəbərdarlıq olunduğu halda hərəkət sxemindən yayına bilər. “Hər bir avtobusun fəaliyyət göstərdiyi marşrut üzrə öz hərəkət sxemi var. Yalnız yolda hər hansı tədbir keçirildikdə, səlahiyyətli dövlət qurumları tərəfindən göstəriş olduğu halda digər nəqliyyat vasitələri kimi avtobuslar da alternativ yollara istiqamətlənir. Və bu dəyişiklik bir neçə gün davam edirsə, həm sərnişinlər, həm də sürücülər məlumatlandırılır. Bir neçə saatlıq dəyişdirildikdə isə sərnişinlərə sürücü tərəfindən məlumat verilir”.
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO











