Avtobus sürücülərinin özbaşınalığı bitmir - Təhlükə, söyüş və kobudluq - VİDEO

Birində sürücü tum çıtlayaraq avtobusu idarə edir, digərində isə sürücünün köməkçisi siqaret çəkərək sərnişinlərə narahatlıq yaradır. Görüntülər Bakı və Mingəçevir şəhərlərində şəhərdaxili marşrut xətlərində qeydə alınıb. 202 nömrəli bu marşrutun sürücüsü sanki sükan başında yox, evdə rahat divanda əyləşib. Əlində tum olan sürücü sürət qutusunu dəyişmək üçün də digər əlini sükandan çəkməli olur. Mingəçevirdə qeydə alınmış bu faktda isə sürücünün arxasında əyləşmiş konduktor siqaret çəkərək sərnişinlər üçün diskamfort vəziyyət yaradır.
Paytaxtda qeydə alınmış fakt ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişin avtobus hərəkətdə olarkən sürücünün qida qəbul etməsi və digər xətalarını müşahidə edərsə, 141 çağrı mərkəzinə müraciət edə bilər. Belə müraciət daxil olduqda daşıyıcı şirkətlə əlaqə saxlanılır və sürücü haqqında tədbir görülür.
Mingəçevirdəki fakt ilə bağlı isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirildi ki, vətəndaş xidmətin regional şöbəsinə müraciət etməlidir. Şikayət araşdırılıb əsasını tapdıqda sürücünün müqaviləsinə xitam verilir, əmək haqqından kəsilir və ya töhmət verilir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












