Avtobus sürücüsü sərnişinin həyatını təhlükəyə atdı – DYP tutdu - VİDEO

Bugün saat 13.19 radələrində İstiqlaliyyət küçəsində 18 saylı marşrut avtbusu kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisi əməkdaşları tərəfindən cərimə edilib. Hadisə yerində olan Avtosfer.az-ın əməkdaşı bildirir ki, avtobus sürücüsü Bakı şəhər İcra Hakimiyyətinin qarşısında dayanmış sərnişini götürmək üçün dayanarkən onun həyatına təhlükəyə atıb. Belə ki, yoldan keçən minik avtomobili qəflətən yola çıxan sərnihini vurmamaq üçün qəza vəziyyətinə düşüb. Ərazidə xidmət aparan 99 P 055 dövlət nömrə nişanlı motosikletçi yol polisi əməkdaşı dərhal avtobusa "saxla" işarəsi verib. Avtobus sürücüsü dayanmaq istəmədikdə isə daha bir YPX əməkdaşı motosikletlə avtobusun qarşısını kəsib. Sürücü törətdiyi əməli etiraf etmək əvəzinə səs-küy salıb mübahisə etməyə çalışsa da, yol polislərə ona bu qayda pozuntusuna görə 100 manat, 3 bal cərimə yazıb.
Maddə 346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə 100 manat məbləğində cərimə edilir. Eyni zamanda, 3 cərimə balı da tətbiq olunur.
Qeyd edək ki, 18 nömrəli marşrut avtobusu "Xaliq Faiqoğlu" MMC-yə məxsusdur.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














