Avtobus zolağı ilə hərəkət edən "AA" nömrəli "BMW"nin sürücüsü yolu kəsdi - VİDEO

Qaydalar 9 Sentyabr 2024 09:30 Oxunub 552
Avtobus zolağı ilə hərəkət edən "AA" nömrəli "BMW"nin sürücüsü yolu kəsdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücünün qayda pozuntusu gərgin anlara səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 5-də, paytaxtın Babək prospektində baş verib.

Belə ki, 99-AA-810 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü avtobus zolağı ilə hərəkət etdiyi zaman anidən sol zolağa manevr edib. Qayda pozuntusu törədən sürücü görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona qəza şəraiti yaradıb.

Səhvini anlayıb üzr istəmək əvəzinə, qapını açaraq özünü haqlı çıxaran sürücü daha da qıcıq yaradıb. Bundan sonra o, yenidən avtobus zolağına çıxaraq qayda pozmağa davam edib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh